Ülvi Nemətovun milyonlarla manat vəsaiti mənimsədiyi bildirilir
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Masallı şöbəsinin rəisi Ülvi Nemətov rayondan qaçıb. Bu barədə “Azadlıq”a Masallıdakı mənbə məlumat verib. Məlumata görə, Ülvi Nemətovun rayonu tərk etməsinin səbəbi əhalinin təqaüdlərini mənimsəməsilə bağlıdır. Bildirilir ki, fondun rəisinin mənimsədiyi pullar milyonlarla manat civarındadır.
Bu arada “Cənub Xəbərləri” qəzeti məlumat yayıb ki, DSMF-in Masallı şöbəsində yoxlamalar başlanıb. Yoxlamalar nəticəsində şöbədə saxta pensiyaçıların “istehsal edildiyi” üzə çıxıb. Məlumata görə, təkcə Muğan kəndində 90 nəfər gözdən xəstə təşkil edilib. Yoxlama gedişində bu işin dəllalları bir neçə gün həyəcanlı anlar yaşayıb. Qarşı tərəf isə ciddi-cəhdlə deyir ki, belə bir yoxlama olmayıb.
Görünür, Ülvi Nemətov bu yoxlamaların nəticəsi olnaraq həbs ediləcəyini düşünüb. Ona görə də fürsət var ikən aradan çıxıb.