Bu barədə məlumat Reuters-in apardığı araşdırmadan sonra üzə çıxıb
Qazprombank rəhbəri Andrey Akimov Reuters agentliyinə açıqlamasında MDU-nin elmi-texniki inkişafı ilə məşğul “İnnopraktika” layihəsinin rəhbəri Katerina Tixonovanın Rusiya prezidenti Putinin qızı olduğunu təsdiqləyib.
Akimovdan başqa daha iki mənbə Tixonovanın Putinin qızı olduğunu bildirib.
Reyters bir neçə milyard dollara sahib olan 29 yaşlı Tixonovanın özünü Putinin köhnə dostu Nikolay Şamalovun oğlu Kiril Şamalovun həyat yoldaşı kimi təqdim etdiyi qeyd edir.
Şamalov “Sibur”da 21 faiz paya sahibdir, bu da maliyyə analitiklərinin hesablamasına görə 2 milyard dollar təşkil edir.
Onun həmçinin Fransa kurortlarının birində villasının olduğu da deyilir.
azadlıq.info