Günün ulduz falı (06.11.11)

QOÇ

Sizi elə bir bir macəra gözləyir ki, bunun sayəsində gününüz yaddaqalan olacaq. Amma asan və yüngül başa gələcək uğur gözləmək yersizdir. Gərək əziyyət çəkəsiniz, riskli addım atasınız. Bu gün təməli qoyulan münasibətlər sürətlə inkişaf edərək ciddiləşəcək.

BUĞA

Vacib qərarları lazımi anda verə bilməməyiniz ucbatından çətinliyə düşürsünüz. Yaxınlarınızla, qohumlarınızla ünsiyyətdə olarkən atmacalı kəlmələr işlətməyin. Bu, sizin əhvalınızı korlaya bilər. Yaxşı tanımadığınız adamlarla təmasda olarkən neytral mövqedə durmağa çalışın.

ƏKIZLƏR
Işgüzar həyatda inkişaf gözlənilir. Istirahət planlaşdıra bilərsiniz. Ehtimal ki, köhnə tanışlardan biri ilə rastlaşacaqsınız, gözlənilməz dəvət alacaqsınız. Bir də elə bir etiraf eşidəcəksiniz ki, sizi təəccübləndirəcək.

XƏRÇƏNG

Son zamanlar sizi və yaxınlarınızı narahat edən çətin məsələlərə aydınlıq gətirməyiniz əhval-ruhiyyənizi yüksəldəcək. Yalnız bir probleminiz var – yarınızın nə istədiyini anlaya bilmirsiniz. Onun sirli dinməzliyi gec-tez ən təmkinli “Xərçəng”ləri belə, hövsələdən çıxaracaq.
ŞIR

Bu gün özünüzə yaxşı dost, köməkçi və yaxud da həmkar tapa bilərsiniz. Bunun üçün evdən çıxıb çox adamın iştirak etdiyi məkanlara baş vurmalısınız. Cazibədarlığınız sayəsində hətta sizdən xoşlanmayan adamlara da xoş gələcəksiniz. Yaxınlarınıza çətin anlarda dayaq duracaqsınız.

QIZ

Gün çox narahat keçəcək. Şəxsi həyatınızda vəziyyət daha da bərbadlaşıb. Əziz adamınız öz xahiş və məsləhətlərilə, sanki odun üzərinə yağ tökəcək. Əgər hansısa işinizi təxirə salmağı bacarırsınızsa, onu edin, yox, bu mümkün deyilsə, o halda heç olmasa, kimlərəsə xoş gəlmək naminə öhdəlik götürməyin.

TƏRƏZI

Gün boyu ətrafdakıların diqqət və qayğısıyla əhatə olunacaqsınız. Sizdən yalnız bir iş tələb olunur – problemlərinizi həll edənlərə mane olmamaq. Əvvəlcə özünüzü qəribə hiss etsəniz də, günün sonuna doğru atmosferə uyğunlaşacaqsınız. Istənilən məsələlərin müzakirəsi, ailə-məişət problemlərinin həlli üçün bu gün münasib zamandır.

ƏQRƏB

Sizi çox narahat gün gözləyir. Bu gün çox həyəcanlı olacağınız gözlənilir. Bundan başqa, şübhələr də sizi narahat edəcək. Elə güman edirsiniz ki, bu vaxta qədər etibar etdiyiniz adamlar sizinlə səmimi olmayıblar. Əhvalınızın korlanacağı ehtimal edilir.

OXATAN

Yola çıxacağınız gözlənilir. Yolda yeni tanışlığın təməli qoyulacaq. Ulduzlar bu əlaqənin ciddi münasibətlərə qədər inkişaf edəcəyini deyir. Planlaşdırdığınız işlərə gəlincə, bu sferada diqqətinizi cəmləyə bilmirsiniz.

OĞLAQ

Öz vərdişlərinizi dəyişmək barədə düşünmək zamanıdır. Ən azı, dəyişməyə cəhd etdiyinizi göstərsəniz, yaxşı olar. Özünüzlə bağlı xoş təəssürat yaratmaq istədiyiniz adamlarla görüş planlaşdıra bilərsiniz. Bu gün çox cazibədar olduğunuzdan qarşı tərəfdə sizə qarşı rəğbət hissi baş qaldıracaq.

DOLÇA

Sizin üçün bu gün maraqlı və əyləncəli keçəcək. Başqalarının iştirakını da tələb edən planlarınızı reallaşdırmaq imkanı qazanacaqsınız. Mənasız yerə həyəcanlanmaqdan uzaq olun, özünüz və yaxınlarınız üçün komfortlu və xoş atmosfer yaratmaq iqtidarındasınız. Valideynlərinizlə aranızda fikir ayrılığı gözlənilir.

BALIQLAR

Əvvəlcə gün o qədər də xoş təsir bağışlamayacaq. Sadəcə, situasiya təmkinli olmağı tələb edəcək. Çünki az sonra vəziyyət dəyişəcək və hamıya sizin haqlı olduğunuz agah olacaq. Şəxsi müstəvidə isə narahatlıq hökmranlıq edəcək.