Obama “Facebook”da səhifə açdı

obama-cagriABŞ prezidenti Obama, “Facebook”da səhifəsi açıb. Obamın ilk paylaşımı iqlim dəyişikliyi ilə bağlı olub. Prezident paylaşdığı videoda Ağ Ev-in bağçasında baş verən iqlim dəyişikliyindən və Parisdə keçiriləcək iqlim zirvəsindən bəhs edilir.
Obamanın paylaşdığı videoya ilk şərhi isə “Facebook”un qurucusu Mark Zuckerberg yazıb:
”Xoş gəlmisiniz, prezident Obama. “Facebook”a qatıldığınız üçün çox həyəcanlıyam. İnsanlarla nələr paylaşacağınızı maraqla gözləyirəm”,- Zuckerberg bildirib.
Obama səhifədə özünü ata, ər və ABŞ-ın 44-cü prezidenti kimi təqdim edib.

 

azadliq.info