“G-20” zirvəsində onların görüşü planlaşdırılmayıb

obama-putin-bmt2Ağ Ev-in sözçüsü Josh Earnest, Türkiyədə G-20 zirvəsində  prezident Obamanın Putinlə görüşəcəyi haqda hər hansı məlumata malik olmadığını bildirib. Earnest, əvvəllər olduğu kimi, liderlər sammit zamanı bir araya gələ biləcəklərini istisna etməsə də,  hələlik bu istiqamətdə heç bir planın olmadığını da açıqlayıb:
“Daha əvvəl olduğu kimi, liderlər rəsmi olmayan və planlaşdırılmayan bir mühitdə görüşə bilər. Amma hələlik prezident Obamanın Putinlə görüşməsi ilə bağlı dəqiq plan yoxdur”,- deyə Ağ Ev rəsmisi bildirib.

Xatırladaq ki, dünən Kremlin sözçüsü Dmitri Peskov da prezidentlərin görüşü haqda oxşar açıqlama vermişdi: O,  görüş haqda nə isə demyə çətinlik çəkdiyini bildirmişdi: “Hələ bunu söyləməyə hazır deyiləm. İkili görüşlərlə əlaqədar təqvim çox sıxdır və hələ tam hazır deyil. İndidən bu haqda bir söz demək tezdir”,- deyə Peskov bildirib.

azadliq.info