Böhran Ramiz Mehdiyevin şirkətini də vurdu

ramiz-mehdiyev-yeni«Şərq-Qərb» nəşriyyatı alman şirkətinə verildi

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətində olduğu bildirilən “Şərq-Qərb” nəşriyyatı Almaniyanın şirkətlərindən birinə verilib.

Bu barədə redaksiyamıza daxil olan məlumata görə, bir müddət əvvəl nəşriyyat fəaliyyətini dayandırıb. Buna səbəb maliyyə böhranı olub. Daha sonra nəşriyyatın idarəçiliyi adı bizə bəlli olmayan alman şirkətinə verilib.

Məlumat üçün deyək ki, bütün dövlət sifarişləri “Şərq-Qərb” nəşriyyatına verilirdi.

İnformasiya şöbəsi