Hizbullahdan Azərbaycana yeni hədələr

Təşkilatın “Şərqi Azərbaycan” rəhbəri Təbriz konsulluğunu “casusxana” adlandırdı

Molla Becani: “Azərbaycandakı üsul-idarə islamı ölkədən “söküb atmaq” məqsədi ilə yaranıb”

“Hizbullah” dünən Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında aksiya keçirəcəyi barədə xəbərləri təkzib edib. Təkzib xarakterli məlumat təşkilatın Şərqi Azərbaycan şöbəsinin saytında yerləşdirilib. “Amerikanın səsi” radiosu xəbər verir ki, təkzib Təbriz Ənsari Hizbullahının mühüm açıqlaması olaraq saytda baş yazı kimi yayımlanıb. Təşkilatın məlumatında deyilir: “Möhtərəm Hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, noyabrın 4-ü Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şayiələr yayılıb. Bizim təşkilat belə bir aksiya keçirməyəcək və Hizbullah bu barədə yayılan şayiəni təkzib edir”.
Elə bu arada Ənsarı Hizbullahın Şərqi Azərbaycan şöbəsinin rəhbəri molla Ruhulla Becaninin Səhər televiziyasında və Internetdə Azərbaycan əleyhinə çıxışları təşkilatın saytında qalır. O, çıxışlarında Azərbaycan rəhbərlərinə qarşı ifadələr işlədib, xalqı din adına üsyana çağırır, Islam Partiyasının sədri Möhsün Səmədov və partiyanın digər bəzi üzvlərinin həbsini pisləyir. Molla Becani həmin sayta yerləşdirilmiş və Səhər televiziyasında dediyi sözləri təkrar edərək Azərbaycanda Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin, Azərbaycan rəhbərliyi tərəfindən “Amerika və Israilin tələbi üzərinə islama qarşı mübarizə apardığını” irəli sürüb. Azərbaycanın dünyadakı ikinci şiə dövləti olduğunu deyən Molla Becani iddia edir ki, Azərbaycandakı üsul-idarə islamı ölkədən “söküb atmaq” məqsədi ilə yaranıb.
Ənsarı Hizbullahın Şərqi Azərbaycan şöbəsinin rəhbəri Azərbaycanın konsulluğunu “casusxana” adlandırıb və Iran hökumətinin ötən il onların buraya hücum etmə planlarının qarşısını aldığını deyib. O söyləyib ki, təşkilat bu il də konsulluq qarşısında aksiyalar keçirəcək.ayc