OPEK neft hasilatını artıracaq

neftABŞ analitikləri hesab edirlər ki, dünyada neftin qiymətlərinin azalmasının davam və qiymətin dinamikası ilə bağlı bədbin proqnozlara baxmayaraq, OPEK neftinin hasilatı artmağa davam edəcək.

ABŞ-ın “JP Morgan” bankının analitiklərinin gözləntilərinə əsasən, 2016-cı ildə OPEK neftinin orta hesabla hasilatı sutkada 32,2 milyon barel təşkil edəcək.

Analitiklər qeyd edirlər ki, OPEK hasilatının gələcək artımı əsasən İranın əlavə neft həcmləri, İraq və Səudiyyə Ərəbistanında hasilatın artması hesabına təmin ediləcək. Bundan başqa, BƏƏ-də hasilatın artması üçün potensial var.

OPEK üzv ölkələrinin neft hasilatı üzrə “JP Morgan”ın proqnozları (milyon barel/sutka)

Ölkə 2015-ci ilin IV rübü 2016-cı ilin I rübü 2016-cı ilin II rübü 2016-cı ilin III rübü 2016-cı ilin IV rübü
Əlcəzair 1,1 1,1 1,1 1 1
Anqola 1,8 1,8 1,8 1,8 1,7
Ekvador 0,5 0,5 0,5 0,5 0,5
İran 2,9 3,1 3,2 3,2 3,2
İraq 4,3 4,3 4,4 4,4 4,3
Küveyt 2,8 2,8 2,8 2,8 2,8
Liviya 0,4 0,5 0,5 0,5 0,5
Nigeriya 1,9 1,9 1,9 1,9 1,9
Qətər 0,7 0,7 0,7 0,7 0,7
Səudiyyə Ərəbistanı 10,3 10,2 10,4 10,6 10,4
BƏƏ 2,9 2,9 2,9 2,8 2,8
Venesuela 2,4 2,4 2,3 2,4 2,4
OPEK 32 32,1 32,3 32,5 32,1

 

Trend