İsrailin keçmiş prezidenti dünyasını dəyişdi

İsrailin keçmiş prezidenti İsak Navon 95 yaşında dünyasını dəyişib.

Bu barədə keçmiş prezidentin ailə üzvləri məlumat verib.

İsrailin 5-ci prezidenti olan Navon ölkəyə 1978-ci ildən 1983-cü ilədək rəhbərlik edib. İkinci dəfə ölkə rəhbərliyinə seçilmək şansı olsa da, Navon bundan imtina edib.

Ərəb dilində sərbəst danışan İ.Navon Misiri ziyarət edən ilk İsrail prezidentidir. O, 92-ci ilə qədər ölkə parlamentində təmsil olunmuş, sonra siyasətdən getmişdi. (strateq.azisak-navon)