Avropa Parlamentinin (AP) rəhbəri Martin Şults İranda rəsmi səfərdədir. Şults, AB təşkilatlarından İrana rəsmi səfər edən ilk səlahiyyətlidir.
Görüşlərə Tehran Universitetindən başlayan Martin Şults, daha sonra Tehran Ticarət Palatasının səlahiyyətliləri ilə bir araya gəlib. AB rəhbəri İran parlamentinin sədri Əli Laricani ilə də görüşüb.
Xarici işlər naziri Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə də görüşən Şults, İranın regional və qlobal sabitlik üçün əhəmiyyətli bir ölkə olduğunu bildirib.
Görüşlərin ardından təşkil edilən ortaq mətbuat konfransında danışan Martin Şults, nüvə razılaşmasına bir an öncə əməl olunmasının vacib olduğunu bildirib.
azadliq.info