İsveç Rusiya neftindən imtina etdi

neftin-qiymetiİsveç son 20 ildə birinci dəfədir ki, Rusiya neftindən imtina edib və əvəzində Səudiyyə Ərəbistanından neft alıb.

İsveçin “Preem” şirkəti bu ayın sonunda Səudiyyədən neft alışını davam etdirib-etdirməyəcəyinə qərar verəcək. Həmin vaxta qədər isə Səudiyyə neftinin Rusiya nefti ilə rəqabətə girib-girmədiyini müəyyənləşdirəcək. “Reuters”in məlumatına görə, Səudiyyə krallığı bu ilin dekabrından başlayaraq ABŞ və Avropa ölkələri üçün bütün növ neft məhsullarının qiymətini endirəcək. Asiyadan olan müştəriləri üçün isə qiymətləri bahalaşdıracaq.