“Airbus”un “qara qutusu” partlayış səsi qeydə alıb

rus teyyare qezaMisirdə qəzaya uğrayan Rusiya təyyarəsinin göyərtəsindəki “qara qutu” mühərrikin nasazlığı ilə əlaqəli olmayan partlayış qeydə alıb. Bunu “France 2” telekanalına insidentin səbəblərini araşdıran müstəntiqlərdən biri deyib. Müstəntiqin sözlərinə görə, “qara qutu”dakı yazı uçuş zamanı partlayışın baş verdiyini müəyyən etməyə imkan verir və bu partlayış mühərrikin nasazlığı ilə bağlı deyil.

azadlıq.info