MTN-nin daha üç əməkdaşı həbs olundu; 2-i Akif Çovdarovun işçisi olub ADLAR

mtn Noyabrın 6-da Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub. Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Məlumata görə, həbs olunanlardan biri Mehman Abdullayevdir.

MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib.

Məlumatda o da bildirilir ki, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

“Qafqazinfo” isə həbs olunan digər iki MTN-çinin kimliyi ilə bağlı məlumat əldə edib. Həmin şəxslər Orxan Osmanov və Akif Əliyevdir. Onların hər ikisi Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. Akif Əliyev idarədə rəis, Orxan Osmanov isə onun köməkçisi olub.