Lavrov Ermənistana gedir

lavrov2Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana səfər edəcək.

Səfər xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə baş tutacaq.

Məlumata görə, Lavrov Ermənistan prezidenti Serj Sərksiyanla da görüş keçirəcək. Səfərin  sonunda isə Lavrov erməni həmkarı Nalbandyanla birlikdə keçirəcəyi mətbuat konfransında suallara cavab verəcək. (modern.az)