“Qarabağ” “Monako” ilə bərabərə qaldı

qarabagBu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb.

Ağdam klubu qrup lideri olan “Monako”nu qəbul edib. Qurban Qurbanovun komandası oyunu bərabərliklə başa vurdu. “Qarabağ” 39-cu dəqiqədə hesabı açsa da, “Monako” futbolçuları 72-ci dəqiqədə bərabərlik topunu vura bilib. Oyun 1-1 hesabı ilə başa çatıb.