Bu gün Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin IV turunun oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, “Barselona” və “Milan”ın ardınca 1/8 finala vəsiqə qazanmağa ən real namizəd “Real”dır.
Madrid klubu son illərdə prinsipial rəqibə çevrilən “Lion”la Fransadakı oyunda hətta bərabərlik sayəsində qrupdan çıxmağını rəsmiləşdirəcək. Özü də bu qrupda turnir cədvəlinə baxsaq, “Real”ın 1-ci yerlə çıxacağı şübhə doğurmur.
Digər namizədlərdən “Benfika” daha şanslıdır. Bunun üçün portuqaliyalılar “Bazel”ə evdə də qalib gəlməlidir. Türkiyənin turnirdə yeganə təmsilçisi “Trabzonspor”un MOİK-lə görüşünün nəticəsi böyük önəm kəsb edir. Şenol Günəşin çalışdırdığı komanda ÇL-in qrup mərhələsində evdə ilk qələbəsini qazanmalıdır. Əks təqdirdə Trabzon klubu “hərbçilər”dən şəxsi oyunlarda geri olduğuna görə 1/8 finala çıxmaq şansını azaldacaq.
Bu qrupun lideri “İnter” “Lill”ə evdə qalib gələrsə, vəsiqə qazanmağını rəsmiləşdirməsə də, buna çox yaxın olacaq.
A qrupunun lideri “Bavariya” evdə “Napoli”yə qalib gəlməklə, 1/8 finala lap yaxınlaşacaq. Ancaq münhenlilərin “Mançester Siti” ilə oyunu qaldığından, istənilən halda, bu tur vəsiqəni rəsmiləşdirə bilməyəcək.
A qrupu
“Bavariya” – “Napoli” – 3:2
Qomes, 17; 23; 42 – Fernandes, 45; 79
“Vilyarreal” – “Mançester Siti” – 0:3
Ture Yaya, 30; 71; Balotelli, 45 (p)
B qrupu
“İnter” – “Lill” – 2:0
Samuel, 18; Milito, 65
“Trabzonspor” – MOİK – 0:0
QIRMIZI VƏRƏQƏ: Dumbiya (MOİK), 73 (ikinci sarı vərəqə)
C qrupu
“Mançester Yunayted” – “Otselul” – 2:0
Valensiya, 8; Runi, 87
“Benfika” – “Bazel” – 1:1
Moreno, 4 – Huqqel, 64
D qrupu
“Lion” – “Real” – 0:2
Ronaldo, 25; 69 (p)
“Ayaks” – “Dinamo” – 4:0
Van der Vil, 20; Suleymani, 25; De Yonq, 65