SkyNews: Bahalı Britaniya avtomobillərini sanksiyalı Rusiyaya Azərbaycan çatdırır

Rusiyaya qarşı Qərb sanksiyalarına baxmayaraq Britaniya istehsalı olan bahalı avtomobillər üçüncü ölkələr vasitəsilə Rusiyaya çatdırılır.

Britaniyanın SkyNews telekanalının saytında dərc olunmuş xəbərdə deyilir ki, belə ölkələrdən biri də Azərbaycandır.

SkyNews jurnalistləri qeyd edirlər ki, Moskvaya qarşı Qərb sanksiyalarının tətbiqindən sonra Britaniyanın yüz milyonlarla funt sterlinq dəyərində elit avtomobilləri üçüncü ölkələrdəki araçılar vasitəsilə Rusiyaya gətirilməkdə davam edir.

Xəbərdə deyilir ki, məsələn 2023-cü ildə Britaniya avtomobillərinin Azərbaycana ixracı son beş illə müqayisədə 1860 faiz artıb.

Bu ixracın ümumi dəyəri 273 milyon funt sterlinq olub.

Azadlıq radiosu