Dekabrın 15-də Nərimanov rayon Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbiri seçib.
Məhkəmənin qərarı ilə o, 4 aylıq həbs edilib.
Vəkil Nemət Kərimlinin bildirməsinə görə, T.Yaqublu bir nəfəri xaricə göndərmək üçün pul almaqda günahlandırılır. “Guya hadisə dekabrın 8-də baş verib və cinayət işi artıq ayın 11-də açılıb. Bu, absurddur”.
Tofiq Yaqubluya təqsirləndirilən şəxs kimi ittiham irəli sürülüb
Tofiq Yaqubluya artıq təqsirləndirilən şəxs kimi ittiham irəli sürülüb.
Bu barədə jurnalistlərə açıqlamasında vəkil Aqil Layıc danışıb. Onun deməsinə görə, artıq status dəyişib, T.Yaqublu əvvəl şübhəli şəxs kimi istintaqa cəlb edilmişdisə, indi təqsirləndirilən şəxs sayılır.
Vəkil vurğulayıb ki, T.Yaqublu ittihamları qəbul etmir və bunu siyasi fəaliyyəti ilə izah edir.
Vəkilin açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi təqiblərin olması ilə bağlı fikirləri qəbul etmirlər.
Azadlıq radiosu