Navalnı haqda xəbər gəldi. Onu xüsusi rejimli koloniyaya köçürürlər

Rusiya müxalifətçisi Aleksey Navalnını xüsusi rejimli koloniyaya aparırlar. Rusiya mediasının yazdığına görə Vladimir məhkəməsinin qərarından belə anlaşılır.

Hakim həmin məhkəmədə Rusiya penitensiar xidmətinin 12 dekabr tarixli arayışını oxuyub.

Bu arayışda deyilirdi ki, Navalnı son vaxtlara qədər saxlandığı 6 nömrəli koloniyadan “çıxıb” və Moskva şəhər məhkəməsinin 4 avqust, 2023-cü il tarixli hökmünün qüvvəyə minməsi ilə bağlı Vladimir vilayətinin hüdudlarından kənardakı “islah-əmək koloniyalarından birinə” köçürülür.

Həmin məhkəmə Navalnını ekstremist cəmiyyət yaratmaqda və maliyyələşdirməkdə təqsirli bilərək cəzasını xüsusi rejimli koloniyada çəkmək şərti ilə ona 19 il iş kəsib.

“Qara delfin”, “Ağ durna”…

Məhkəmədən bildiriblər ki, dinləmə iclası “Navalnının yeri məlum olanadək” – dekabrın 18-ə keçirilib.

Bu da qeyd olunub ki, Navalnının hansı koloniyaya etaplanması, siyasətçi ora çatanda məlum olacaq.

Rusiyada, “Polyarnaya sova”, “Çernıy derlfin” və “Belıy lebed” də daxil 30-dək xüsusi rejimli koloniya mövcuddur.

Qanuna uyğun olaraq bu müəssisələrdə ömürlük həbs cəzası çəkən kişilər və “xüsusilə təhlükəli residivistlər” saxlanır.

Xüsusi rejimli koloniyalarda maksimum sərt saxlanma şəraiti mövcuddur.

Burada məhbuslara gücləndirilmiş nəzarət var. Qapı və pəncərələrə ikiqat barmaqlıq çəkilib. Burada məhbusları yarıəyilmiş şəkildə hərəkət etdirirlər. Onların çox məhdud görüş və yazışma hüquqları var.

Azadlıq radiosu