Ülvi Həsənlini həbsxana rəhbərliyi hədələyib

AbzasMedia-nın direktoru Ülvi Həsənlinin saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında hədələndiyi bildirilir.

Ü.Həsənlinin yaxınları deyib ki, təcridxananın rəhbərliyi ona Ombudsmana şikayət etdiyinə görə irad bildirib: “Ülviyə istintaq tərəfindən ailə üzvləri ilə əlaqə saxlamaq, görüşmək qadağan olunub. Amma ona vəkilə də zəng vurmağa belə icazə vermirlər. O da bundan Ombudsmana şikayət etmişdi. Eşitdiyimizə görə, istintaq təcridxananın rəhbərliyi ona deyib ki, niyə Ombudsmana şikayət yazırsan? Şikayətlərə davam etsən, burada vəziyyətin pisləşəcək”.