Qızılca Azərbaycanda nəyin nəticəsində yayılıb?

Bu barədə Milli Şuranin sədri Cəmil Həsənli həyəcan təbili çalır

SOS! SOS! SOS!
Bir vaxtlar Qızılca qorxulu xəstəlik kimi Azərbaycanda çox geniş yayılmışdı. Xüsusilə uşaqların qənimi isdi. Xalq arasında deyirdilər yazda uşağın canına, payızda göruna and içirlər. Dəhşətli mənzərə idi. Sonra Sovet hökumətinin həyata keçirdiyi kütləvi peyvəndləşmə, bir qədər də social rifahın yüksəlməsi ilə onun qarşısı alındı.

XXI əsrin üçüncü 10 illiyində ölkə təzədən qayıdır həmin qorxulu dövrə. Bir həftə ərzində 5 körpə (hələ qeydiyyata düşən bunlardır) qızılcadan həyatın iitirib, hökumətin heç bir reaksiyası yoxdur. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın sonunda Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli, dekabrın 1-də Sabirabad rayonunda 1 yaşlı uşaq, dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu, dekabrın 5-də Neftçalada10 yaşlı Əliyeva Samirə Elxan qızı qızılcadan vəfat edib. Dəhşətdir! Bir həftə ərzində 5 uşaq qızılcadan həyatın itirib, yolxucu xəstəlik də günbəgün artır. Yekə-yekə şeylərdən danışırlar, Avropanın, Amerikanın dağılmasından dəm vururlar, amm XXI əsrdə ölkədə qızılcadan uşaq ölür.

Səbəb: vaxtında peyvəndləşmə həyata keçirilməyib, uşaq pulu verilmədiyindən uşaqların social vəziyyəti kəskin şəkildə pisləşib və nəticədə ölkədə uşaqların yarıya qədəri normal səviyyədə qidalana bilmir. İmmunitet aşağı düşüb. Normal qidalanma olmadığı üçün xeyli uşaq boy artımından geri qalıb.

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyənləşdirilib. Bu hər günə 7 manat 80 qəpik edir. Hər məhbusa günlük 14 manat 80 qəpik (yeri gəlmişkən Ermənistanda bu göstərici 59 manatdır). Dövlət sektorunda işləyənlərin 70 faizinin aylıq əmək haqqı 300 manatın aşağısındadır. Bununla necə uşaq qidalanırsın?

Yalandan dedilər ki, yoxsulluğu 5 faizə endirmişik. Hər şey yalan üzərində quruldu. Rayonlar qırılıb batır. Nəticə isə çox faciəlidir. Bir həftədə 5 uşaq qızılcadan gedib, yekə- yekə Afrika ölkələrinə vaksin göndərilməsindən danışırlar, hər ay Fransanın dənizaşırı mülklərindən (Qvineya, Polineziya, Yeni Kaledoniya və digərləri) bir dəstə boşboğazı gətirib burda barındırırlar, halbuki Fransa müstəmləkələrində həyat səviyyəsi müstəqil Azərbaycandan 8 – 10 dəfə yüksəkdir. Ölkədə səhiyyə acınacaqlı vəziyyətə düşub, sıgorta sistemi özü qızılca keçirir, normal qidalanma və vaxtında vaksin edilmədiyindən Azərbaycanda uşaqlar qızılcadan həyatını itirir.