İranda tanınmış vəkil həbsxanadan buraxıldı, hicabsız fotosu paylaşıldı

İranda tanınmış insan hüquqları müdafiəçisi, vəkil Nəzrin Sotude iki həftə həbsdə saxlandıqdan sonra müvəqqəti olaraq azad edilib.

Bu barədə məlumatı onun əri X sosial media platformasında paylaşıb.

Rza Xəndan noyabrın 15-də Sotudenin həbsdən azad edilməsini əks etdirən fotonu dərc edib. Bu fotoda vəkil hicabsızdır.

Azadlıq radiosu