Şimali Qafqazdakı iğtişaşlar Moskvanın Qəzza müharibəsində balans oyununu ifşa edir

Kreml İsrail-HƏMAS münaqişəsindən öz maraqları üçün faydalanır, Qərbi sərt tənqid atəşinə tutur, Fələstin silahlı qruplaşmasının nümayəndə heyətinə ev sahibliyi edir. Dağıstanda aeroporta basqın isə göstərdi ki, Moskvanın Yaxın Şərqlə bağlı tarazlaşdırma siyasətində dəyişikliyin Rusiya üçün potensial əks təsirləri ola bilər.

AzadlıqRadiosunun müxbiri Robert Koulson (Robert Coalson) yazır ki, əsasən müsəlmanların yaşadığı Şimali Qafqaz regionunda bəzən zorakı hal alan antisemit etirazlar avtoritar prezident Vladimir Putinin İsrail-HƏMAS müharibəsindən siyasi qazanc götürmə səylərinin ölkəiçi riskini ortaya qoyur.

Azadlıq radiosu