Mahaçqala hava limanı dağıdılıb, lakin azad edilib, yəhudilər Dağıstanı tərk etməyə hazırlaşır

Bazar ertəsi gecə Mahaçqala aeroportu ixtişaşçilar azad edilib. Təhlükəsizlik qüvvələri ilə toqquşmalardan sonra 2000-ə yaxın insanı aeroportdan uzaqlaşdırıb.

Hava limanına ciddi ziyan dəyib, mümkün olan hər şey dağıdılıb və talan edilib. Mülki və polis arasında yaralananlar var. İslamçılardan bəziləri saxlanılıb. Hakimiyyət təşkilatçıların axtarışına başlayıb.

Təyyarələr içərisində gizlənən israillilərin taleyi bəlli deyil. Bəzi məlumatlara görə, onlar hələ də müxtəlif reyslərlə Mahaçqalaya gələn təyyarələrin içərisindədirlər.

Dağıstanda yaşayan dağ yəhudiləri bu respublikanı tərk etməyə hazırlaşırlar. Mahaçqalada 400 yəhudi ailəsi var.

Bəzi məlumatlara görə, Xasavyurt şəhərində iğtişaşlar başlayıb. Şəhərin küçələrində hərbi texnika peyda olub.

Contact.az