İran “Həmas”ın bu həftə İsrailə qəfil hücumunda birbaşa əli olmadığını desə də, çoxsaylı qələbələrini bayram etməkdən də özünü saxlaya bilmir.
Oktyabrın 7-də İranın dəstəklədiyi Fələstin qruplaşması İsrailə çoxtərəfli hücuma başlayanda Tehran bundan həzz alırdı. Azı 900 israillinin öldürüldüyü hücumun ilk saatlarında İran paytaxtında bilbordlarda “Fələstin torpaqlarının böyük xilası”nın, İranın əzəli düşməni İsrailin çöküşünün başlandığı müjdələnirdi.
İsrail tarixində ən çox ölümə səbəb olmuş “Həmas” hücumunun nəticələri isə regionun diplomatik və hərbi mənzərəsini artıq dəyişib.
Şiə ölkəsi İran bundan faydalanır, islamçı rejim Yaxın Şərqdə özünün böyük dövlət rolunu möhkəmləndirməyə, müsəlman dünyasında Fələstinin əsas dəstəkçisi kimi qələmə verir. AzadlıqRadiosunun müxbiri Maykl Skollon bu haqda yazır.
Tehran Qəzza zolağına nəzarət edən sünni “Həmas” qruplaşmasına maliyyə və mənəvi dəstək verdiyini açıq etiraf edir. İran həmçinin Fələstinin “İslam cihadı” sünni, eləcə də Livandakı “Hizbulla” şiə silahlı qruplaşmasını dəstəkləyir.
Ekspertlərin sözlərinə görə, islam respublikası İsrailə qarşı investisiyasının yaxşı bəhrəsini görür.
Azadlıq radiosu