İsraildə son durum: ölənlərin sayı artır

“Birləşmiş Ştatlar İsrail dövləti ilə çiyin-çiyinə dayanır.”

Prezident Co Bayden şənbə günü Həmasın İsrailə hücumunu qınayaraq buna heç bir əsas olmadığını bildirmiş və Birləşmiş Ştatların İsrailə möhkəm dəstəyini ifadə etmişdir.

“Situasiya inkişaf etdikcə heç kim yanılmasın,” Bayden deyib. Ölkə lideri Birləşmiş Ştatların İsrail dövləti ilə çiyin-çiyinə dayandığını açıqlayıb

Bayden İsrail baş naziri Benyamin Netanyahu ilə telefonda danışdığını bildirib. Hücum baş verən vaxt Netanyahu bir çox israillilər və dünya boyu yəhudilər kimi bir həftə sürən Sukkot bayramının yekununu qeyd edirdi.


***

Həmasın qəfil hücumundan sonra davam edən toqquşmalarda ölənlərin sayı getdikçə artır.

İsrail rəsmiləri azı 300 nəfərin öldüyünü, 1800 nəfərin isə yaralandığını bildirir.

Fələstinin səhiyyə rəsmiləri isə Qəzzə və digər regionlarda 313 nəfər öldüyünü açıqlayıb.

***

İsrail ordusu çox sayda hərbçi və mülki vətəndaşın Həmas qruplaşması tərəfindən əsir götürüldüyünü açıqlayıb.

Rəsmilər əsir götürülənlərin sayı barədə açıqlama verməyib.

Azadlıq radiosu