Azərbaycan səfirliyinə hücum edən şəxs ölüm hökmünə məhkum edilib

İranın Ali Məhkəməsi 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda təqsirli bilinən Yasin Hüseynzadəyə ölüm hökmü çıxarıb. Bu barədə Azərbaycan dövlət televiziyası AzTV məlumat yayıb.

Yanvarın 27-də Hüseynzadə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edib. Səfirlik binasına avtomatla daxil olaraq səfirliyin bir əməkdaşını öldürüb, digərini isə yaralayıb.

Contact.az