Türkiyədə hökümət binasının yaxınlığında partlayış olub

Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib.

Hökümət rəsmiləri hadisənin iki terorist tərəfindən təşkil olunduğunu bildirir.

Reuters agentliyi yazır ki, onlardan biri hadisə yerində ölüb, digəri isə polis tərəfindən “neytrallaşdırılıb”. Hal hazırda hadisə yerində çox sayda polis və həkim briqadası gəlib.

Türkiyənin dövlət televiziyası TRT-nin məlumatına görə, hadisə nəticəsində 2 polis yaralanıb.

Qeyd edək ki, partlayış Türkiyədə parlamentin açılışı olacağı gün hökümət binaları və parlamentin olduğu bölgədə baş verib.

Ankara Respublika Baş Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.

Azadlıq radiosu