“Washington Post” qəzeti bu gün Profüsser Qubad İbadoğlunun saxta ittihamla həbs edilməsi barədə redaksiya şurasının (Editorial Board) adından geniş yazı verib. Postun Editorial Boarduna çox nüfuzlu jurnalistlər daxildir. Yazı belə adlanır: “Kleptokratiya yenidən hücuma keçdi. Azerbaycanlı iqtisadçı azad edilməlidir” (The kleptocracy strikes back. An Azerbaijani economist should be freed). Yazıda göstərilir ki, iqtisadçı Qubad İbadoğlu doğru olaraq soruşur ki, nə üçün neft zənginlikləri ölkənin demokratikləşməsəinə və çiçəklənməsinə gətirib çıxarmadı, İlham Əliyevin prezidentliyi dövründə korrupsiya və kleptokratiyaya gətirib çıxardı. Cənab Əliyev cavab zərbəsi endirdi və iyul ayının 23-də 20 nəfər mülki paltarda olanlar Bakənin hüdudlarından kənarda onu və həyat yoldaşı İradə Bayramlının öz maşınlarında saxladı, onları döyərək nəzarət altında polis idarəsinə gətirdilər. Sonra Qubad bəyin ABŞ və Avropanın tanınmış universitetlərində, o cümlədən London İqtisadiyyat Məktəbində çalışmasından, 2014-cü ildə Azərbaycanda QHT-lərin bank hesablarının dondurulmasından, Əliyev rejiminin siyasi partiyaları boğmasından danışılır.
Qəzet yazır Qubad İbadoğlunu saxladıqdan sonra onun ofisindən 40 min dollar saxta pul çıxmaqda və Fətulla Gülənçiliklə əlaqədə günahlandırıb onu 3 ay 26 gün müddətinə həbs etdilər. Azərbaycan Daxili İşlər Nazirliyi təsdiq etdi ki, Qubad İbadoğlu Azərbaycanın yaxın müttəfiqi olan TÜrkiyədən gələn məlumat əsasında həbs edilib. Washinqton Post yazır: bu ittiham cəfəngiyyatdır. Onun saxlanmasının əsas səbəbi hər şeydən əvvəl ötən iyun ayında Böyük Britaniyada yaratdığı ianələr əsasında işləyəcək Azərbaycan Gənclərinin Təhsil Fondu ilə bağlıdır. Washinqton Post yazır: 2012-ci ildən başlayaraq 2014-cü ilə qədər Azərbaycanda hakim elitanın üzvləri gizli natəmiz fondlarda Avropa siyasətçilərini satın almaq, qiymətli əşyalar almaq, pulları yumaqAzərbaycan çamaşırxanası özünəxidmətindən daha çox xeyir götürmək üçün istifadə ediblər. Bu məsələ mütəşəkkil cinayətkarlıq və korrupsiya əməllərini araşdıran jurnalistlər Konsorsiumu tərəfindən ifşa edilmişdi.
Washinqton Post daha sonra yazır: Cənab Əliyev eyni zamanda öz ölkəsində müxalifəti əzməyə çalışır. Yanvar ayında o, müxalif siyasi partiyaların fəaliyyətini kəskin şəkildə məhdudlaşdıran qanun imzalayıb. Nəticədə bu günlərdə Azərbaycanın 3 tanınmış müxalif partiyasını qeydə almaqdan imtina edilib və onlar buraxılmaq təhlükəsi ilə qarşılaşıblar. Qubad İbadoğlu sonuncu dəfə iyul ayında olmaqla 6 dəfə öz qrupunu (partiya) qeydə aldırmağa uğursuz cəhdlər göstərib.
Qubad İbadoğlunun ailə üzvləri bildirirlər ki, əlaqədar qurumlar onun dərmanların çatdırmırmaqdan imtina edirlərlar və İbadoğunun sağlamlığına görə onlar çox narahatdırlar.