Ermənistan KTMT-nin təliminə getmir

Ermənistan KTMT üzvləri xilasedicilərin sentyabrın əvvəlində Belarusda keçiriləcək “Qaya-2023” xüsusi təlimində iştirak etməyəcək.

“Ermənistanın Qaya-2023 təlimlərində iştirakı nəzərdə tutulmayıb”, – Rusiyanın “İnterfaks” informasiya agentliyi Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla yazır.

Nazirlik qərarı “DİN xilasedici xidməti əməkdaşlarının peşəkar baxımdan yüklənməsi” ilə izah edib.

“Qaya-2023” təlimləri sentyabrın 1-dən 6-dək keçirilməlidir. Təlimin mövzusu – radiasiya qəzasının fəsadlarının aradan qaldırılmasıdır.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

Azadlıq radiosu