Belarus diktatoru Lukaşenko etiraf etdi: “Mən də, Putin də zamanı başa çatan nəsil siyasətçilərik”

Rusiyada hərbi qiyam zamanı Putinlə Priqojin arasında vasitəçilik etmiş Lukaşenko şok açıqlamalarla çıxış edib və Rusiyanı qarşıda ağır zamanların gözlədiyini deyib.

  1. Lukaşenko qiyam günü Putinin düşdüyü çətin, çarəsiz durumu ictimailəşdirib. Deyib ki, qiyam zamanı spiker Volodin, Federasiya Şurasının sədri Motviyenko, Patriarx Kiril və daha bir neçə nəfərdən başqa heç kim gözə dəymirdi. Lukaşenko bununla Putin komandasının qiyam zamanı daha çox gözləmə mövqeyi tutduğunu, Putinə birmənalı dəstək vermədiyini ictimailəşdirib. Təbii ki, Lukaşenkonun bu açıqlamaları Putini xeyli pərt edəcək.
    Lukaşenko Putinin qiyam qarşısında hərbi baxımdan zəif durumda olduğunu da ictimailəşdirib. Onun sözündən məlum olur ki, Putin Moskvaya yürüş edən 25 min nəfər vaqnerçilərə qarşı Moskva milisi və kursantlar da daxil olmaqla (yəni döyüş qabiliyyəti o qədər də yüksək olmayan) cəmi 10 min nəfər silahlı şəxs səfərbər edə bilibmiş. Ona görə də Lukaşenko hazırlaşırmış ki, Belarus ordusunun xüsusi təyinatlı briqadasını Rusiya hakimiyyətinə kömək üçün göndərsin.
    Lukaşenkonun bu açıqlaması beynəlxalq ekspertlərin belə bir iddiasını haqlı çıxarır ki, Putin rejimi əslində çox zəifləyib, Rusiya elitası növbəti böhranlar zamanında da gözləmə mövqeyi tutacaq. Döyüş qabiliyyətli hərbi qüvvələrinin isə 80-90 faizi Ukrayna ilə savaşa cəlb olunduğundan, Rusiya dövləti daxildən çox zəifləyib.
  2. Lukaşenkonun vasitəçiliyi ilə qiyamın qarşısı alındıqdan sonra Kreml təbliğatçıları və şəxsən Putin özü böyük təbliğat kampaniyası başlatmışdı ki, onlar necə “qəhrəmancasına” qiyamı yatırıblar. Belə məlum olur ki, Putinin bu özünütəbliği Lukaşenkonun xətrinə dəyib. Ona görə də Lukaşenko çıxışında bir neçə dəfə vurğulayır ki, bu işdə qəhrəman yoxdur: “Səmimi şəkildə deyirəm, qəhrəman yoxdur.” Ancaq deyəsən, əsas işi o gördüyü halda Putinin özünü təbliğ etməsi Lukaşenkonu elə incidib ki, hətta baş verənlərə görə Putini tənqid də edir. Düzdür, bunu qırıcı formada etməmək üçün Putinlə birlikdə özünü də tənqid edir. Məsələn, belə: “Biz Putinlə birlikdə təqsirkarıq ki, vaxtında tədbir görməmişik…” Aydındır ki, “Vaqner”ə qarşı Lukaşenko heç bir tədbir görə bilməzdi. Sadəcə, Putinin tənqidini bir az yumşaltmaq üçün Putinlə birlikdə özünü də təqsirkar elan edir.
  3. Lukaşenko Rusiyada qiyamın qarşısını alan şəxsin məhz özü olduğunu dəfələrlə vurğulayır. Qələbə çələngini hətta Putinə belə vermək istəmir. Lukaşenko deyir: “Bəli, biz Rusiyadakı proseslərin təhlükəli məcraya keçməsinin qarşısını aldıq. Bəlkə də dəhşətli hadisələrin qarşısını aldıq. Biz müttəfiqik, kənarda qala bilməzdik”. Lukaşenko öz komandası qarşısında lovğalanmaq fürsətini əldən vermir və belə davam edir: “Sizin bir çoxlarınız deyir ki, sağ olsun Lukaşenko, Rusiyanı xilas etdi, ona abidə qoyulmalıdır. Mənim abidələrdən xoşum gəlmir…” )))
  4. Lukaşenko öz qorxusunu da etiraf edir və Putinə nəyə görə kömək etdiyini də izah edir: “Əgər Rusiya yıxılsa, biz hamımız onun dağıntıları altında qalacağıq. Rusiyasız biz məhv olarıq.
    Bu qiyam Rusiyada uğur qazansaydı, dərhal onu keçirəcəkdilər Belarusa. Mənə irad bildirmək lazım deyil ki, yenə də Rusiyaya kömək etdim.
    Priqojinin üsyanı qanlı mərhələyə keçsə idi, bütün Rusiyada 2-ci cəbhə açılacaqdı. Vətəndaş müharibəsi zamanı olduğu kimi”.
  5. Lukaşenko Priqojinlə əlaqəli şəxslərin həbsinə də etiraz edir və dolyasısı ilə Putini xəbərdar edir ki, “daha qara günlər hələ qabaqdadır”. Lukaşenko deyir: “İndi heç kimi həbs etmək lazım deyil. Mən bu sözləri rusiyalılara, urapatriotlara və uratəbliğatçılara deyirəm. Heç kimi həbs etmək, öldürmək lazım deyil. Sakitləşmək və bu səhifəni çevirmək lazımdır. İndiki gərgin vəziyyəti daha da gərginləşdirməyin. Nəzərə alın ki, bu hələ başlanğıcdır. Hansınız qalxıb deyə bilər ki, hər şey bitdi? Heç kim deyə bilməz. Bizi çox ağır zaman gözləyir”.
  6. Lukaşenko sonda Putini yenidən sancmaq, “Vaqner”çilərin qiyamına məhz Putinin özünün şərait yaratdığını demək fürsətini də fövtə vermir: “Mən və Putin getməkdə olan siyatçilər nəslini təmsil edirik. Biz bu hadisələrdən dərs çıxarmalıyıq. Biz Vaqner kimi hərbi birliklə daha diqqətli davranmalıyıq. Onlarla vaxtında görüşməli və problemlərini həll etməliyik.”

Bizim isə Lukaşenkonun bütün bu açıqlamalarından çıxarılmalı olduğumuz nəticələr var. Mən onlardan üçünün altını cızmaq istəyirəm.

  1. Putin o qədər zəifləyib ki, artıq Lukaşenko da onu saymır. Onun xətrinə dəyəcəyindən ehtiyatlanmır və özünü daha üstün siyasətçi kimi təqdim etməyə qorxmur.
  2. Lukaşenko demişkən, hələ heç nə başa çatmayıb. Rusiya üçün çətin günlər hələ qabaqdadır.
  3. Hətta Lukaşenko da etiraf edir ki, onun, Putinin və “onlarla mütləq mənada bir Belarus diktatoru Lukaşenko etiraf etdi: “Mən də, Putin də zamanı başa çatan nəsil siyasətçilərik”.

  3. Hətta Lukaşenko da etiraf edir ki, onun, Putinin və “onlarla mütləq mənada bir olanların” zamanı keçir. Onlar gedəcək siyasətçilər nəslini təmsil edirlər.
    Əli Kərimli
    AXCP sədri