Putin vaqnerçilərə şərt qoyur, Priqojin bəyanat verir

Rusiya prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin qaldırdığı qiyam zamanı hərbi təyyarəçilərin həlak olduqlarını etiraf edib.

Bundan əvvəl belə bir məlumat rəsmən açıqlanmamışdı.

Putin deyib ki, “həlak olmuş təyyarəçilərin igidliyi Rusiyanı qoruyub saxladı”.

Onun sözlərinə görə Vaqner döyüşçülərindən sui-istifadə etmək istəyiblər. Bununla yanaşı Putin “yeganə düzgün qərar qəbul etmiş və son xətdə dayanmış” muzdlulara təşəkkürünü bildirib.

O vaqnerçilərə ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalamağı, ya evlərinə, ya da Belarusa getməyi təklif edib:

“Kim istəsə Belarusa gedə bilər. Verdiyim vəd yerinə yetiriləcək. Təkrar edirəm seçim hər birinizindir, amma əminəm ki, bu, öz faciəli səhvlərini başa düşmüş Rusiya döyüşçülərinin seçimi olacaq”.

Azadlıq radiosu