Ekoloji siyasətin vəziyyət nə yerdədir?

Sübhan Həsənli

Bu qədər ekoloji problemlərin ortaya çıxdığı dövrdə bəlli olur ki, ətraf mühitin mühafizəsi sahəsində müxtəlif istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə 48,5 mln. manat vəsait proqnozlaşdırıldığı və 36,1 mln. manat (və ya 74,4%) icra edilib. Bu icra əslində aşağı qəbul edilir. Doğrudanmı nazirlik icra etməyə problem tapmır? Bəs başqa nələr var?

1) Su bioloji resurslarının artırılması və mühafizəsi” üzrə 2022-ci ildə 1294,9 min manat və ya 2021-ci ilin faktiki icrası ilə müqayisədə 76,4 min manat çox vəsait xərc edildiyi şəraitində “Buraxılmış qızıl balıq körpələrinin sayı” 55000 ədəd olmaqla 2021-ci ilin faktiki göstəricisindən 25000 ədəd az, “Buraxılmış çəkikimilər balıq növünün körpələrinin sayı” 3812600 ədəd olmaqla, həm proqnozdan (95,3% icra), həm də 2021-ci ilin müvafiq göstəricisindən 2441180 ədəd az olmuşdur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) statistik məlumatlarına əsasən adambaşına düşən balıq istehsalının orta illik göstəricisi 18 kq-dır. Bizdə hələ artımla bu hazırda 7.5 kqdır.

2) Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır ki, bu ölkə ərazisinin 11,8%-ni təşkil edir. Bu göstərci Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39%-dir. Ölkəmizdə adambaşına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da dünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Prinsip olaraq meşələrin sahəsi ölkə ərazisinin 20%-dən azdırsa, belə ölkələr meşə təminatına görə birinci qrupa aid edilir və bu ölkələrdəki meşələrdə yalnız sanitar qırımlara icazə verilir.

3) “Mingəçevir şəhəri üzrə atmosfer havasında çirkləndirici maddələrin orta sutkalıq qatılığı”nın müəyyən edilməsi üzrə indikatorlar təsdiq edilsə də, təqdim olunmuş məlumatda stansiya quraşdırılmadığı əsas gətirilərək faktiki icranın olmadığı qeyd edilmişdir.

4) “Sahil çimərliyinin dəniz suyunun illik bakterioloji çirklənmə dərəcəsi” hesabat ilində 17,3% təşkil etməklə, 2021-ci ilin faktiki icrasından 0,3% çox olmaqla Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinə uyğun gəlmir.

5) “Atmosferə tullantı atan stasionar mənbələrin sayı” 7217 ədəd olmaqla 2021-ci ilin faktiki icrasından 57 ədəd çox, “Su hövzəsinə (Xəzər dənizi istisna) tullantı atan stasionar mənbələrinin sayı” 1035 ədəd olmaqla 2021-ci ilin faktiki icrasından 6 ədəd çox, “Həyata keçirilən monitorinqlərin sayı” isə 630 ədəd və ya 2021-ci ilin faktiki icrasından 196 ədəd az olmuşdur

PS: Bütün məlumat və statistikalar hesablamalar palatasının yoxlamalarından götürülüb.