Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Bazar günü, 14 may Türkiyədə seçkilər keçirilir. Ölkə vətəndaşları həm yeni parlamenti, həm də yeni prezidenti seçirlər. Seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açılıb.

Dövlət başçısı postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Məmləkət” Partiyasının sədri Məhərrəm İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb. Amma onun adı bülletenlərdən çıxarılmayıb.

Beləki o, namizədliyini geri götürənə qədər bülletlər hazır olub. Ölkə xarcində olan Türkiyə vəndəşları səsvermədə iştirak ediblər və ona verilən səslər də sayılacaq.

Azadlıq radiosu