Putin Gürcüstanla viza rejimini ləğv edir, Zurabişvili ‘təxribatdır’ deyir

Rusiya prezidenti Vladimir Putin Rusiya və Gürcüstan arasında birbaşa uçuşlara qoyulmuş qadağanı qaldırıb və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.

Rusiya aviaşirkətləri Moskvadan Tbilisiyə və geriyə həftədə 7 reys planlaşdırırlar. Reysləri Rusiya təyyarələri icra edəcək.

Gürcüstanın aviasiya rəsmiləri hələ ki, bu xəbəri şərh etməyiblər.

2023-cü ilin fevralında Avropa İttifaqı Gürcüstana xəbərdarlıq etmişdi ki, Rusiya ilə birbaşa uçuşlar bərpa olunarsa, Tbilisiyə sanksiyalar tətbiq ediləcək.

Gürcüstan prezidenti Salome Zurabişvili Twitter postunda Moskvanın qərarını “provokasiya” adlandırıb:

“Birbaşa aviasiya nəqliyyatının bərpası və Gürcüstanla viza rejiminin ləğvi, Rusiyanın Ukraynaya qarşı müharibəsi və bizim torpaqlarımızın işğalı davam etdikcə Gürcüstan üçün qeyri-məqbuldur”.

Another Russian provocation! Resuming direct flights and lifting visa ban with Georgia is unacceptable as long as Russia continues its agression on Ukraine and occupies our territory!— Salome Zourabichvili (@Zourabichvili_S) May 10, 2023

Rusiya Gürcüstana birbaşa uçuşları 2019-cu ildə, Rusiya deputatı Sergey Qavrilovun Gürcüstan parlamentindəki çıxışına görə Tbilisidə etirazlar baş verəndə dayandırıb.

Rusiyalı deputat Gürcüstan parlamenti spikerinin kürsüsündə oturmuş və rusca çıxış etmişdi. Gürcüstan müxalifəti parlamentin həmin iclasının işini pozmuş, Qavrilov Gürcüstanı mühafizənin müşayiəti ilə tərk etməli olmuşdu.

Elə o vaxt Rusiya XİN rusiyalılara təhlükəsizlik mülahizələri ilə Gürcüstana səfərlərdən çəkinməyi tövsiyə etmişdi. İndi bu tövsiyə də ləğv olunub.

Rusiya XİN bildirib ki, “bu qərar iki ölkə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq Rusiya və Gürcüstan vətəndaşları arasında təmas şəraitinin yaxşılaşdırılması çərçivəsində qəbul olunub”.

Gürcüstan Rusiya ilə münasibətlərini Moskva 2008-ci ildə Cənubi Osetiya və Abxaziya ərazilərinə hərbi müdaxilə edəndən və bu iki separatçı bölgənin müstəqilliyini tanıyandan sonra kəsib.

Gürcüstan və dünyanın əksər ölkələri bu əraziləri Gürcüstanın tərkib hissəsi saymaqda davam edir.

Azadlıq radiosu