Rusiya işğal edilmiş Zaporojyedə əhalini təxliyə edir

Ukraynanın Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan hissəsinin işğal administrasiyası cəbhə xəttində yerləşən 18 yaşayış məntəqəsinin evakuasiyasını elan edib.

Bu barədə məlumatı Rusiyanın Zaporojyeyə təyin etdiyi “qubernator əvəzi” Yevgeni Balitski özünün teleqram kanalında verib.

Balitski bildirir ki, vilayətin 18 yaşayış məntəqəsinin “müvəqqəti köçürülməsi” təşkil olunacaq.

Bu da bildirilir ki, ilk növbədə uşaqlı ailələr, yaşlılar, əlilliyi olanlar və xəstəxanalarda müalicə olunanlar köçürüləcək.

Balitski bunu “son günlərdə cəbhəboyu kəndlərin intensiv atəşə tutulması” ilə izah edib.

Azadlıq radiosu