Türkiyə hava məkanını Ermənistan üçün bağladı

Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu açıqlayıb. 

Məlumata görə, buna səbəb aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub: “Bu, qəbuledilməzdir. Buna cavab olaraq hava məkanımızı Ermənistan təyyarələri üçün bağladıq. Ermənistan parlamentinin spikerinin Türkiyəyə səfəri istisna olacaq, buna icazə verdik. Ermənistan belə davam edərsə, yeni addımlar atacağıq”. 

Qafqazinfo.az