İranda yüksək vəzifəli ayətüllahı bankda güllələnib

İranın şimalındakı banklardan birində silahlı mühafizənin əməkdaşlarından biri banka daxil olub və vəzifəli ayətüllaha avtomatdan atəş açaraq onu öldürüb.

Associated Press agentliyi yazır ki, qüdrətli Üləmalar Şurasının üzvü ayətüllah Abbasəli Süleymaninin belə soyuqqanlıqla qətlə yetirilməsi hadisənin şahidlərini şoka salıb.

Üləmalar Şurası İranın ali rəhbərini seçən və ona nəzarət edən orqandır.

Hakimiyyət orqanları İranın Mazandaran ostanında, paytaxt Tehranın yaxınlığında yerləşən Babolsar şəhərində baş vermiş bu hadisənin motivi barədə heç bir məlumat verməyib.

Azadlıq radiosu