Dövlət Sərhəd Xidməti Laçındakı yeni nəzarət-buraxılış məntəqəsindən kadrlar paylaşıb

Azərbaycan Dövlət Sərhəd Xidməti öz saytında aprelin 23-də Laçında təsis edilmiş yeni nəzarət-buraxılış məntəqəsindən videokadrlar dərc edib. 

Kadrlarda məntəqədə Azərbaycan bayrağının ucaldılması, sərhədçilərin şəxsi heyətinin formalaşdırılması və ölkə rəhbərliyinə məruzə edilməsi ilə keçən təntənəli açılış mərasimi əksini tapıb. 

Contact.az