Azərbaycan və İran xarici işlər nazirləri yenidən danışıblar

Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında növbəti telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin yaydığı məlumata görə, nazirlər arasında telefon danışığı aprelin 14-də baş tutub.

Məlumatda bildirilir ki, nazirlər Azərbaycanla İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

“Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər. Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.”– XİN Mətbuat Mətbuat Xidmətinin yaydığı məlumatda vurğulanır.

Bundan əvvəl iki ölkə nazirləri aprelin 7-si və 8-də danışıblar. Telefon danışığının hansı tərəfin təşəbbüsü ilə baş tutduğu barədə məlumat verilmir.

Azadlıq radiosu