ABŞ-ın Lavrova viza vermədiyi deyilir

ABŞ xarici işlər naziri Sergey Lavrov başda olmaqla Rusiya nümayəndə heyəti üzvlərinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı üçün viza verməyib.

Bu barədə məlumatı Rusiyanın ABŞ-dakı səfirliyinin teleqram kanalı yayıb.

Rusiya aprelin 1-dən Təhlükəsizlik Şurasının rotasiyalı sədridir. TŞ aprelin 24-də və 25-də iclas keçirməlidir.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib ki, Rusiya nümayəndə heyəti üzvlərinə viza verilməsi üçün sorğu ABŞ-ın Moskvadakı səfirliyinə martın axırlarında göndərilib.

Səfirin sözlərinə görə buna baxmayaraq hələ bir viza da verilməyib.

Səfir qeyd edib ki, Təhlükəsizlik Şurasının iclasına bir neçə gün qalmasına baxmayaraq bu məsələyə aydınlıq gətirilməyib.

Təyyarənin də icazəsi yoxdur

Antonov ABŞ-ı Rusiya nümayəndə heyətinə və Rusiya jurnalistlərinə viza verməyə çağırıb.

Səfir bunu da deyib ki, Lavrovu və nümayəndə heyətini ABŞ-a aparmalı təyyarənin də hələlik icazə sənədləri yoxdur.

Antovov ABŞ-ı sözü gedən təyyarənin Birləşmiş Ştatların hava məkanına daxil olması üçün icazənin mümkün qədər tez verilməsinə çağırıb:

“ABŞ hakimiyyət orqanları təyyarənin gəlişini hələ də razılaşdırmayıblar. Amerikalıların bu təyyarənin uçuşuna qeyd-şərtsiz və məhdudiyyətsiz operativ icazə vermələrini gözləyirik”.

Azadlıq radiosu