Azərbaycan 3, Ermənistan 4 hərbçisinin həlak olduğunu xəbər verir

Ermənistan tərəfində 4 ölən, 6 yaralı var

Ermənistanın Müdafiə Nazirliyi aprelin 11-də baş vermiş atışmada 4 hərbçisinin həlak olduğunu, daha 6 hərbçinin yaralandığını bildirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatuyunun yazdığına görə nazirlik Azərbaycan tərəfində çox sayda ölən və yaralanan olduğunu xəbər verir.

Nazirlik bildirir ki, yerli vaxtla saat 20:30-da vəziyyət nisbətən sakitdir.

Azatutyun habelə Müdafiə Nazirliyinin Teğdə çəkdiyi videonu paylaşıb.

Azərbaycan 3 hərbçisinin həlak olduğunu bildirir

Azərbaycan Müdafiə Nazirliyi bugün, aprelin 11-də Laçın rayonu istiqamətində həlak olduqlarını bildirdiyi hərbi qulluqçuların sayını da açıqlayıb.

Nazirlik qeyd edib ki, “Ermənistan tərəfinin təxribatının qarşısını alarkən” Azərbaycan ordusunun 3 hərbi qulluqçusu həlak olub.

Azadlıq radiosu