Kiyev deyir ki, Moskva müsəlman əsirləri dəyişməkdən imtina edib

Ukrayna müsəlmanların müqəddəs ayı – Ramazanın başlanması münasibətilə Rusiyaya müsəlman hərbi əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.

Ukrayna prezidenti administrasiyasının kommunikasiyalar üzrə müşaviri Darya Zarivna deyib ki, Moskva bu təklifdən imtina edib:

“Biz mədəniyyətlərə və ənənələrə ehtiram səbəbilə hər iki tərəfdən müsəlman əsirlərin “hamını hamıya” prinsipi ilə mübadiləsini təklif etdik. Təəssüf ki, Moskva bu təklifə elə də həvəslə yanaşmadı.”

Zarivna Rusiya tərəfi ilə danışıqların olduqca çətin proses olduğunu vurğulayıb və deyib ki, Kiyev mümkün qədər çox ukraynalının əsirlikdən qaytarılmasına çalışır və bu məqsədlə müxtəlif yollar axtarır.

Rusiya tərəfi Kiyevin bu təklifi ilə bağlı hələ ki, heç bir şərh verməyib.

Azadlıq radiosu