Döyüşən əsgərin ayına 75 dollar verilib

Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin üzvləri bir çox hallarda pullarını ya gec, ya yarımçıq alırlar, ya da heç ala bilmirlər. Bu haqda AzadlıqRadiosuna çağırışçı, yaxud səfərbər olunmuş əsgərlərin həyat yoldaşları danışıb.

Moskvadan 300 km şimal-şərqdə yerləşən İvanovodan Yekaterina radionun rus xidmətinin “North.Realities” regional xəbər portalına deyib ki, oktyabrın 21-də səfərbər olunmuş əri Aleksandr son iki ayın pulunu almayıb.

“Pulunu istəyir, ancaq boş vədlər alır. Komandirləri deyirlər ki, sadəcə gözləməlidir, ancaq artıq iki aydır pul almır”, – Yekaterina şikayətlənir. O deyir ki, heç bir qohumunun köməyi olmadan körpə uşağın qeydinə qalmaq onun narahatlığını daha da artırır.

“Ayda 20 min-30 min rubla (($250-$380) uşaq böyütmək asan deyil, bunun bezi var, yeməyi var, başqa xərcləri var”, – o bildirir.

Azadlıq radiosu