AzadlıqRadiosu müxbirinin həbsdə ‘intihara cəhd etdiyi’ deyilir

Minskdə yerləşən Vyasna (Bahar) insan haqları qrupu bir neçə mənbəyə istinadla bildirir ki, AzadAvropa/AzadlıqRadiosunun jurnalisti İhar Losik “əlləri və boğazında kəsiklərlə” həbsxananın tibb məntəqəsinə yerləşdirilib.

İnsan haqları qrupunun martın 20-də bildirdiyinə görə, Losik “intihar cəhdi”ndən “xilas edilib”. Ancaq Losikin xəsarətinin dərəcəsi, insidentin necə baş verdiyi bəlli deyil. Valideynləri radioya deyiblər ki, bir aydan çoxdur ondan məktub almırlar.

Martın 21-də həbsdə min günü tamam olan Losik 1 saylı təcridxanada aclıq aksiyasından sonra karserə salınıb. O, ölkənin şimal-şərqində yerləşən Navapolatsk şəhərində saxlanır.

Azadlıq radiosu