Erməni tərəfi 3 itki verdiyini deyir.
Azərbaycanın Xarici İşlər Nazirliyi erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxaılmasını tələb edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edir.
Bəyanatda daha sonra deyilir ki, bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir.
“Bu əməllər, bir daha Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü sübut edir”, bəyanatda bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.