Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.
Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Twitterdə bildirib ki, nazir Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşüb.
“Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələrimizi müzakirə etdik”, – o bildirib.
Bundan əlavə, nazir Leo Dokerti Azərbaycana səfəri çərçivəsində minatəmizləmə üzrə ekspertlər ilə görüşüb.”Minalarla mübarizənin əhəmiyyəti və bu sahədə Böyük Britaniyanın Azərbaycana dəstəyini müzakirə etdik”, – səfir əlavə edib.
Contact.az