Fotoqrafa 30 sutka verildiyi deyilir

Fotoqaraf fevralın 4-də bir dəfə saxlansa da sonrada buraxılıbmış

Fevralın 5-də Yasamal Rayon Məhkəməsinin fotoqraf, bloqer Vəli Şükürzadə haqqında 30 sutka inzibati həbs qərarı verdiyi deyilir.

Qeyd olunur ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Vəli Şükürzadə İnzibati Xətalar Məcəlləsinin “xırda xuliqanlıq” və “polisin qanuni əmrinə tabe olmama” maddələri ilə ilə ittiham olunub.

Bu barədə ictimai fəllar məlumat yayıb.

Azadlıq radiosu