Krasnodar diyarındakı qəbirstanlıqlardan birində son iki ay ərzində təzə məzarların sayı 7 dəfə artaraq 170-ə çatıb.
The New York Times qəzeti yazır ki, bu qəbirstanlıqda Rusiyadakı Wagner özəl hərbi şirkətinin muzdlu əsgərlərini dəfn edirlər.
Qəzet qeyd edir ki, bu faktın dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixindən 24 yanvar 2023-cü ilədək dövrü əhatə edən peyk görüntüləri təhlil edilib.
The New York Times yazır ki, ötən il dekabrın sonlarında Molkino qəsəbəsi yaxınlığında Wagner şirkəti muzdlularının məzarlığının olması barədə məlumatı yerli fəal və keçmiş hərbçi Vitali Votanovski verib.
Vəsiyyət edənlər
Yanvarın əvvəllərində belə bir məzarlığın mövcudluğunu Wagner özəl hərbi şirkətinin təsisçisi və sponsoru Yevgeni Priqojin də təsdiq etmişdi.
Priqojinin bu məzarlıq haqqında danışdığı videoklip RIA Novosti xəbər agentliyinin saytında yerləşdirlib.
Priqojinin mətbuat xidməti xəbər verir ki, həmin qəbirstanlıqda, orda dəfn olunmalarını vəsiyyət edənləri basdırırlar.
Azadlıq radiosu