Tehran yaxınlığındakı Kaçui həbsxanasında 15 qadın məhbus saxlanma şəraitlərinin və məhbuslara tibbi yardım göstərilməsinin yarıtmazlığına görə aclıq aksiyasına başladıqlarını bildiriblər.
Onların arasında oktyabrın 10-da Kərəc şəhərində təhlükəsizlik qüvvələrinin həbs etdiyi Armita Abbasi də var.
Abbasinin anası Instagramda yazıb ki, qızının aclıq aksiyasına görə həbsxana rəhbərliyi onunla görüş vermir.
O habelə əlavə edib ki, məhkəmə onun qızının vəkilini qəbul etməyib.
Bundan bir həftə əvvəl ölüm cəzasına məhkum edilmiş Məhəmməd Mehdi Kəraminin vəkili də eyni problemlə üzləşdiyini bildirib.
Noyabr ayında ABŞ-ın CNN telekanalının jurnalist təhqiqatının nəticələrində deyilirdi ki, İran boyunca həbsxanalarda etirazlarda həbs edilmiş qadın məhbuslar zorlama ilə üzləşirlər.
Azadlıq radiosu